Maqnus Karlsen: “Sonadək irəliləmək əsas hədəfim idi”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi Maqnus Karlsen turnirin rəsmi saytına açıqlama verib. 

Sports.az xəbər verir ki, beşqat dünya çempionu kolleksiyasında olmayan yeganə titulu qazandığı üçün xoşbəxt olduğunu bildirib: 

“Klassik şahmata münasibətim hamıya məlumdur. “Norway Chess” turnirindən sonra Bakıya gəlmək barədə qərar qəbul etdim. İlk günlərdə çətin hisslər yaşayırdım. Dünya Kubokunda sona qədər irəliləmək əsas hədəfim idi. Bakıya qalib olmaq üçün gəlmişdim. Dünya Kubokunu qazandığım üçün xoşbəxtəm. Nəhayət adımı Dünya Kubokunun tarixinə yazdırdım”.

Maqnus Karlsen dünya şahmat tacı uğrunda mübarizənin formatının dəyişdirilməsinin vacibliyini qeyd edib: “Beynəlxalq Şahmat Federasiyası qaydaları yenidən nəzərdən keçirməlidir. Klassik şahmatda islahat olmalıdır. Oyuna verilən zaman azaldılarsa daha maraqlı mübarizə izləmək mümkündü. Qəti qərar söyləmək üçün müzakirələr lazımdır. Qaydalar dəyişərsə yenidən çempionluq uğrunda mübarizəyə qayıtmaq ehtimalım var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar