Nurullayevlə Rzayev Astanada finala yüksəldilər

Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turnirinə start verilib. 

Sports.az xəbər verir ki, 10 ölkənin təmsil olunduğu yarışın ilk günündə 55, 63, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.

Ənənəvi yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən komandanın 7 üzvü xalça üzərinə çıxıb. 

Ruslan Nurullayev (72 kq) və İsmayıl Rzayev (82 kq) rəqiblərinə qalib gələrək finala yüksəlib. Hüseyn Savadovla (55 kq) Məhəmməd Şükürzadə (63 kq) isə bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb. Həlledici qarşılaşmalar bu gün baş tutacaq.

Bu gün Tural Əhmədov, Rəhman Kərimov (hər ikisi 60 kq), Fərid Xəlilov, Təvəkgül Həziyev, Fəraim Mustafayev (hamısı 67 kq), Davud Məmmədov, Kənan Abdullazadə (hər ikisi 77 kq), Əli Quliyev, Cocu Səmədov (hər ikisi 87 kq) və Məzaim Mərdanov (130 kq) da mübarizəyə qoşulacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar