“Barselona” Halandla 2025-ci ilin yayında müqavilə bağlamaq istəyir

“Barselona”nın prezidenti Joan Laporta “Mançester Siti”nin 23 yaşlı norveçli qolçu hücumçusu Erlinq Halandı transfer etmək arzusundadır.

Sports.az xəbər verir ki, “blauqrana” norveçli futbolçunu 2025-ci ilin yayında almağı planlaşdırır.

Joan Laporta Erlinq Halandın alınmasını “Real”ın Kilian Mbappeni transfer etməsinə “Barselona”nın cavabı kimi təqdim edir.

Kataloniya klubunun prezidentinin Erlinq Halandın agenti Rafaela Pimenta ilə yaxşı münasibətdə olduğu vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar