“Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışda

Azərbaycan Premyer Liqasının “Neftçi” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.

Sports.az xəbər verir ki, qiyməti 2, 5, 10 və 15 AZN təşkil edən biletləri bu keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar.

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

“Neftçi” – “Araz-Naxçıvan” matçı 13 aprel tarixində, saat 19:00-da “Neftçi Arena”da keçiriləcək.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar