16 yaşlı ispan futbolçu Zidanın uğurunu təkrarladı

16 yaşlı ispan futbolçu Zidanın uğurunu təkrarladı

İspaniya yığmasının 16 yaşlı futbolçusu Lamin Yamal Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalının Gürcüstan millisinə qarşı oyunundan sonra məşhur fransalı yarımmüdafiəçi Zinəddin Zidanın uğurunu təkrarlayıb.

Sports.az "Opta"ya istinadən xəbər verir ki, gənc vinger Avropa çempionatları tarixində bir matçda ən azı 5 zərbə endirməyi və komanda yoldaşları üçün ən azı 5 şans yaratmağı bacaran ikinci oyunçu olub.

O, qarşılaşma ərzində qapıya 7 zərbə endirib və komanda yoldaşları üçün 6 dəfə qol şansı yaradıb. İkinci belə hal AVRO-2004-də qeydə alınıb. Həmin vaxt Z.Zidan İngiltərə millisi ilə oyunda rəqib qapısına 6 zərbə vurmaqla yanaşı, komanda yoldaşları üçün eyni sayda qol şansı yaradıb.

Qeyd edək ki, İspaniya millisi 1/8 finalda Gürcüstanı 4:1 hesabı ilə məğlub edib. Pireneylilər iyulun 5-də 1/4 finalda Almaniya ilə qarşılaşacaqlar.

Son xəbərlər
“Şaxtyor” uduzdu, “Rayo Valyekano” qalib gəldi
“Nottingem Forest” və “Braqa”dan ilk oyunda qələbə
Mourinyo “Real”a can atır, amma…
Xulian Alvaresin zədəsi ilə bağlı məlumat yayıldı
“Qarabağ” “Neftçi”yə belə uduzdu - VİDEO
“Hörmətsizlik deyil, sadəcə yorğunam” - Vernidub
“Həmişə çempion olmalıyıq deyə qayda yoxdur” - Qurban Qurbanov
“Real” fransız mütəxəssislə maraqlanır
Fabreqasın iddiası məlum oldu
9-cu çempion: 18 ildə ilk
Florentino Peres alman mütəxəssis haqda xəyal edir
Noyer gələcəyi ilə bağlı qərar qəbul etdi
“Neftçi” “Qarabağ”a qalib gəldi, "Sabah" çempion oldu
Hakiminin zədəsi ilə bağlı məlumat açıqlandı
İngiltərə millisinin sabiq üzvü karyerasını başa vurur
“7 ay idi ki, bu yarışı düşünürdüm” - İlyasov
Bakıda Avropa Kubokunun açılış mərasimi olub
“Prezident Kuboku”nda ikinci yarış gününün qalibləri mükafatlandırıldı
“Uşaq hüquqlarının qorunması” mövzusunda seminar keçirilib
AFFA rəhbərliyi FIFA-nın Konqresində
Premyer Liqada 30-cu turun iki görüşünə təyinatlar açıqlandı
“Milan” “Napoli”nin yarımmüdafiəçisi ilə maraqlanır
“Səbail”dən darmadağın
Mövsümün ən fərqli qələbəsi
“Neftçi”nin əvəzediciləri uduzdu, “Turan Tovuz” qələbə qazandı
Premyer Liqa təmsilçisində baş məşqçi ayrılığı
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”də ilk rəqibləri bəlli oldu
Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurdular
Müdafiəçisi “Real”dan ayrıla bilər
Binə stadionunun ot örtüyünə FIFA sertifikatı verildi
DAHA ÇOX

Ən çox oxunanlar