“Azərbaycan güləşinin inkişafı yolunda yenidən çalışmağa hazıram”

“Azərbaycan güləşinin inkişafı yolunda yenidən çalışmağa hazıram”

Azərbaycan millisindən ayrılan Aleksandr Tarakanov gələcəkdə yenidən ölkə güləşinin inkişafı üçün əmək sərf etməyə hazırdır.

Sports.az xəbər verir ki, bunu rusiyalı mütəxəssisin özü bildirib.

O, yığmadan ayrılmasının səbəblərindən danışıb:

"Azərbaycanda çalışdığım 6 il ərzində burada böyük təcrübə və yaxın dostlar qazandım. Bu müddət ərzində mən və məşqçilər korpusum həm federasiya, həm də güləş azarkeşlərindən böyük dəstək gördük. Bəzən məşqçilik karyerasında yeni bir mərhələyə adlamaq üçün fasilə götürmək, keçmiş təcrübələri yenidən nəzərdən keçirmək lazım olur. Bir qədər istirahət etmək, ailəmlə zaman keçirmək bu yolda mənə çox böyük dəstək olacaq. Bu səbəbdən qarşılıqlı razılaşma ilə əməkdaşlığı başa vurduq".

Tarakanov sonda ona etimad göstərən Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edib:

"Fürsətdən istifadə edib, federasiya rəhbərliyinə, mənimlə çiyin-çiyinə çalışmış məşqçi yoldaşlarıma və komandanın hər bir üzvünə təşəkkür edirəm. Gələcəkdə nə zaman ehtiyac duyularsa, Azərbaycan güləşinin inkişafı yolunda əmək sərf etməyə hazıram".

Tarakanov 2019-cu ildən Azərbaycanın yunan-Roma güləşi millisinə rəhbərlik edirdi.

Son xəbərlər
“Turan Tovuz”la “Zirə”dən heç-heçə - VİDEO
“Bəzi əsas oyunçularımızın yoxluğu oyuna təsir etdi” - Berdıyev
“Liqanı dördüncü yerdə bitirmək istəyirik” - Rəşad Sadıqov
“Sabah” “Karvan-Yevlax”a qarşı - YENİLƏNİR
Mbappenin durumuna aydınlıq gəldi
Modriç mövsümü başa vurdu
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
“Araz Saatlı” “Göygöl”ə, “Ağdaş” “Şəki Siti”yə qalib gəldi
Millimiz Qazaxıstan yığmasına qalib gəldi
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya
Azərbaycan yığması Berlində 3-cü oldu
“Prezident Kuboku” reqatasına qatılan ölkələr hər il razılıqlarını bildirirlər”
“Liv Bona Dea Arena”da yenilənmə işlərinə start verilib
“Prezident Kuboku”nda çox ölkənin iştirak etməsi sevindirici haldır” - Nazir
FİFA DÇ-2026-nın mükafat fondunu artıracaq
“Tottenhem”in futbolçusu DÇ-ni buraxacaq
1-ci Liqada 24-cü turun təyinatları açıqlandı
Final oyununun tarixi açıqlandı
Salah zədələndi
“Prezident Kuboku 2026” beynəlxalq reqatası start götürüb
Azərbaycan gimnastlarından beynəlxalq turnirdə qızıl medal
“Neftçi” – “Qarabağ” oyunu rəqəmlərin gözü ilə
BWF-dən oyun formatında əsaslı dəyişiklik
AMADA rəsmisi Lozannada qlobal antidopinq forumunda iştirak edib
Yığmamız Monteneqroya yollandı
Azərbaycan birinciliyi keçiriləcək
“Nəticə istədiyim kimi oldu”
“Hədəfim Avropa çempionu olmaq idi”
Zamiq sarı vərəqə aldı, komandası yenə uduzdu
“Bu medalın əyarını qızıla çevirəcəm” - Djioyev
DAHA ÇOX

Ən çox oxunanlar