“Zirə” və “Neftçi”dən heç-heçə, “Turan Tovuz”dan qələbə

Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilib.
Sports.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.
Əvvəlcə, “Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”la üz-üzə gəlib. Qarşılaşma Tovuz təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
“Zirə” isə “Neftçi” ilə qarşılaşıb. Paytaxt təmsilçilərinin görüşünü İnqilab Məmmədov idarə edib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Karvan-Yevlax” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları 18 apreldə, “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” matçları isə 19 apreldə keçiriləcək.
Misli Premyer Liqası
28-ci tur
17 aprel
“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: İbrahima Vadji, 71. Joarlem Santos, 82; 90+2.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
“SOCAR Polymer Arena”, 17:00.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 6. Patrik Andrade, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.
Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 9. Coş Cinnelli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.
“Zirə” – “Neftçi” 1:1
Qollar: Brahim Konate, 90+4 - İmad Faraj, 63.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.
Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 70. Andrey Ştoqrin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.





























