“Neftçi” “Qarabağ”la oyunlar üçün biletləri satışa çıxardı

“Neftçi” “Qarabağ”la oyunlar üçün biletləri satışa çıxardı

"Neftçi" Misli Premyer Liqasında növbəti iki oyununu “Palms Sports Arena”da “Qarabağ”a qarşı keçirəcək.

Sports.az xəbər verir ki, paytaxt klubu Ağdam təmsilçisini aprelin 26-da saat 19:00-da 29-cu tur matçında, ayın 30-u saat 20:00-da isə 21-ci turdan təxirə salınmış görüşdə qəbul edəcək.

Hər iki matçın biletləri satışa çıxarılıb. Azarkeşlər bir bilet almaqla hər iki oyunu tribunadan izləyə bilərlər. Biletləri “Neftçi”nin mobil tətbiqindən və //bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

“Qarabağ”la ilk görüş üçün biletlərin qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edir.

Hər iki oyuna bir bilet alanda isə (“bundle”) qiymət 3 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 5 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 8 (“Anatoli Banişevski alt” sektoru), 27 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 36 (“VIP Gold” sektoru) AZN-dir. Bu yalnız onlayn alınan biletlər üçün keçərlidir.

Stadionun kassasında isə biletlər hər iki oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Son xəbərlər
Keyn Cerrardın rekordunu qırdı
AFFA rəsmisi “Barselona” – "Bayern” matçında UEFA nümayəndəsi olacaq
Hacızadə “Prezident Kuboku”nda gümüş medal qazandı
“Qaradağ Lökbatan”ın futbolçusuna 3 oyunluq cəza
“Neftçi” və “Sumqayıt”ı azarkeşləri ziyana saldı
Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
Əvəzedicilərin yarışında 24-cü turun təyinatları açıqlandı
Osimhen məhkəməyə verildi
“Oyuna tribunadan baxmaq xoşuma gəlmədi” – Kompani
“İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir” - Nazir
“Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
ÇL-in yarımfinalında ilk dəfə
“Bayern” 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə 5 qol buraxıb
Azərbaycanı “Böyük Dəbilqə"də təmsil edəcək cüdoçular müəyyənləşib
Final seriyasına start verilir
“Atletiko” “Arsenal”la qarşılaşacaq
Prezident Kuboku: Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək
“Nəticələr öz sözünü deyir”
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
DAHA ÇOX

Ən çox oxunanlar