“Azarkeşlərə o cür davranmaq xoş deyil” - Azər Bağırov

“Azarkeşlərə o cür davranmaq xoş deyil” - Azər Bağırov

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "İmişli"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“İmişli"nin müdafiədə necə qapandığını bilirdik. Oyunçularımıza da bunu bildirmişdik. Xüsusilə standart vəziyətlərdən ehtiyatlı olmağı tapşırmışdıq. Lakin, standart vəziyətdən qol buraxdıq. Son oyunlar daha vacib olacaq. Ona görə də bu oyunu unudub komandanı qələbəyə kökləmək lazımdır.

Fikrimcə, oyuna yaxşı köklənmişdik. Xırda bir səvdən qol buraxdıq. Futbolda belə şeylər olur. Rəhbərlik də dəyişə bilər. Bu normaldır. Futbolçular bu düşüncələrdən uzaq olmalıdır. Oyunçular daha peşakar olmalıdırlar. Xüsusilə, Gəncənin Azərbaycan futbolunda yerini nəzərə alsaq, burada futbol oynamaq üçün daha məqsədyönlü olmaq lazımdır. 

Yusif İmanov nə qədər əsəbi olsa da, azarkeşlərə qarşı o cür addım qəbuledilməzdir. Yusif şəxsən mən tərəfdən cəzalanacaq. Lakin o, öz səhvini başa düşdü. Sona qədər bizə dəstək olan azarkeşlərə o cür davranmaq xoş deyil. 

Mən şəxsən kiməsə irad bildirmirəm. Mənim üçün futbolçunun fərqi yoxdur. Ümumi şəkildə iradım ola bilər. Biz komandayıq. Qələbə qazandığımız oyunlarda necə ki, canla-başla oynayıblar, bu matçda da elə olmalıydı. Ona görə bir az əsəbi idim. 

İlk 5-6-cı yerlər uğrunda mübarizə aparan komandalarla özümüzü müqayisə etsək, büdcə fərqi öz sözünü deyir. Yuxarı yerlər uğrunda mübarizə aparmaq üçün ən azı 18 futbolçun olmalıdır. Yaxşı futbolçu komandanı irəliyə aparır”.

Son xəbərlər
Keyn Cerrardın rekordunu qırdı
AFFA rəsmisi “Barselona” – "Bayern” matçında UEFA nümayəndəsi olacaq
Hacızadə “Prezident Kuboku”nda gümüş medal qazandı
“Qaradağ Lökbatan”ın futbolçusuna 3 oyunluq cəza
“Neftçi” və “Sumqayıt”ı azarkeşləri ziyana saldı
Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
Əvəzedicilərin yarışında 24-cü turun təyinatları açıqlandı
Osimhen məhkəməyə verildi
“Oyuna tribunadan baxmaq xoşuma gəlmədi” – Kompani
“İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir” - Nazir
“Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
ÇL-in yarımfinalında ilk dəfə
“Bayern” 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə 5 qol buraxıb
Azərbaycanı “Böyük Dəbilqə"də təmsil edəcək cüdoçular müəyyənləşib
Final seriyasına start verilir
“Atletiko” “Arsenal”la qarşılaşacaq
Prezident Kuboku: Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək
“Nəticələr öz sözünü deyir”
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
DAHA ÇOX

Ən çox oxunanlar