“Lunyovun gələn yaya kimi “Qarabağ”la müqaviləsi var” - Emrah Çelikel

"Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl Sportinfo.az-a açıqlama verib.

Sports.az xəbər verir ki, klub rəsmisi komandanın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnovun “RB Sport”a verdiyi qalmaqallı müsahibəsinə aydınlıq gətirib.

"İlk öncə onu deyim ki, bu günə qədər "Qarabağ"ın hansısa futbolçu ilə maaş problemi olmayıb. Bunu futbolçular da, agentlər də təsdiqləyə bilər.

Lunyovla bağlı isə ilk olaraq onu deyim ki, futbolçunun gələn yaya kimi "Qarabağ"la müqaviləsi var. Onunla anlaşma 1+1 şərti ilə imzalanıb. Müqaviləyə hansısa dəyişikliyin edilib-edilməməsi də klubun səlahiyyətində olan məsələdir.

Menecerin müsahibəsində klubdan şikayətlənməsi barədə də biz Lunyovun meneceri ilə danışdıq. Bildirdi ki, ortada anlaşılmazlıq olub. Çünki "Qarabağ"ın Lunyovla hər hansı danışığı olmayıb. Ola bilər ki, futbolçunun "Qarabağ"a keçidində vasitəçi olanlarla onun meneceri arasında hər hansı narahatçılıqlar olsun. Biz bunda tərəf deyilik. Hazırda qapıçı ilə müqaviləmiz var. Hər hansı rəsmi danışığımız da olmayıb".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar