Rekordun üç addımlığında

“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb.

Sports.az xəbər verir ki, Premyer Liqanın ardıcıl 30 matçında qol vuran Ağdam klubu 32-ci turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapmayıb – 0:1.

Qurban Qurbanovun yetirmələri cari mövsüm bunadək yalınız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdilər. Həmin matç da eyni hesabla bitib.

Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. “Qarabağ” 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar