Azər Bağırov istefa verdi - Rəsmi

"Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov tutduğu vəzifədən ayrılıb. 

Sports.az xəbər verir ki, Premyer Liqanın ən gənc baş məşqçisi "Kəpəz"ə 1:2 hesablı məğlubiyyətdən sonra istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.

Mövsümə uğurla başlayan Naxçıvan təmsilçisi bir ara turnir cədvəlinin üst sıralarında qərarlaşsa da, tədricən gözlənildiyi kimi aşağıya doğruya yuvarlanmağa başlayıb.

"Araz Naxçıvan" Premyer Liqada yerini qorumaq vəzifəsini demək olar ki, yerinə yetirib. 

Amma bəzi məsələləri Azər Bağırov heç cür aradan qaldıra bilmirdi. Buna görə də, qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. 
Klubdan məlumatı təsdiqləyiblər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar