Azərbaycan futbolu
Millimiz üçüncü oyununda da uduzdu
09.04.2024 | 16:30
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununa çıxıb.
Sports.az xəbər verir ki, yığma Latviyada meydan sahibləri ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-19 daha öncə Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.
Xal durumu: Bolqarıstan – 9, Latviya – 6, Monteneqro – 3, Azərbaycan - 0.