Millimiz Minskdə növbəti oyununa çıxacaq

Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf turnirində bu gün növbəti oyununa çıxacaq.

Sports.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İlham Yadullayevin yetirmələri “ABFF Technical Center”də Özbəkistan komandası ilə qarşılaşacaq.

Matç saat 16:00-da başlayacaq.

U-17 turnir çərçivəsində ilk görüşünü Belarusun müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirib və 0:4 hesabı ilə uduzub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar