Millimizin heyətində daha bir dəyişiklik edildi

18 yaşadək (U-18) futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.

Sports.az xəbər verir ki, “Sumqayıt” klubunun futbolçusu Aftandil Arıxovun yerinə “Neftçi” komandasından Eldar Babayev yığmaya dəvət olunub.

U-18 aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb. Hazırlıq mayın 3-dək davam edəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar