FIFA-nın dəstəyi ilə Lənkəranda futbol festivalı

FIFA-nın dəstəyi ilə Lənkəranda futbol festivalı

AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə "FIFA Women"s Development Programme" çərçivəsində 8-10 yaşlı qızlar üçün futbol festivalı keçirilib.

Sports.az xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan tədbirdə 63 qız iştirak edib.

Proqram çərçivəsində iştirakçılar üçün sadə futbol məşqləri, estafet oyunları və əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin milli komandanın futbolçuları ilə fotozona yaradılıb və məşqçilər tərəfindən topla ilkin davranış qaydaları göstərilib. Qızlar həm əyləniblər, həm də futbol bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Tədbirdə AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, assosiasiya nümayəndələri, qadınlardan ibarət milli komandaların məşqçiləri və oyunçuları iştirak ediblər. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib.

İştirakçılar AFFA tərəfindən idman geyimi, toplar və gödəkçələrlə təmin olunublar. Bu cür festivalların gələcəkdə də davamlı keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd qızlar arasında sağlam həyat tərzini təşviq etmək, futbola marağı artırmaq, gələcəkdə onları liqalara və milli komandalara hazırlamaqdır.

Son xəbərlər
1-ci Liqada 24-cü turun təyinatları açıqlandı
Final oyununun tarixi açıqlandı
Salah zədələndi
“Prezident Kuboku 2026” beynəlxalq reqatası start götürüb
Azərbaycan gimnastlarından beynəlxalq turnirdə qızıl medal
“Neftçi” – “Qarabağ” oyunu rəqəmlərin gözü ilə
BWF-dən oyun formatında əsaslı dəyişiklik
AMADA rəsmisi Lozannada qlobal antidopinq forumunda iştirak edib
Yığmamız Monteneqroya yollandı
Azərbaycan birinciliyi keçiriləcək
“Nəticə istədiyim kimi oldu”
“Hədəfim Avropa çempionu olmaq idi”
Zamiq sarı vərəqə aldı, komandası yenə uduzdu
“Bu medalın əyarını qızıla çevirəcəm” - Djioyev
“Çempion olmaq istəyirdim” - Hacıyev
Cəlal oynadı, komandası evdə uduzdu
Dünya çempionatında 7 medal
FIFA-nın dəstəyi ilə Lənkəranda futbol festivalı
Günün oyunları – TV
Millimiz Dünya Kubokunda komanda hesabında ikinci yeri tutdu
“Prezident Kuboku 2026” beynəlxalq reqatası başlayır
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Karvan-Yevlax”a qarşı
“Vilyarreal”dan çətin qələbə
“İnter”dən xal itkisi, “Milan”la “Yuventus”dan heç-heçə
“Lill”ə bir qol bəs etdi
Millimiz 6-cı dəfə Avropa çempionu oldu
AÇ-nin son günündə 2 qızıl, 2 gümüş medal
Derbidə “Qalatasaray” sevindi
“Borussiya”dan darmadağın
İngiltərə kubokunda finalçılar bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar