Dünya futbolu
Cəlal oynadı, komandası evdə uduzdu

27.04.2026 | 11:00
Bolqarıstan çempionatında 31-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” öz meydanında “Botev”lə qarşılaşıb.
Matç meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Hüseynov da bu matçın iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb.
“Arda” hazırda 44 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Son xəbərlər





























