Digər
Dünya çempionatında 7 medal

27.04.2026 | 10:40
Azərbaycan deflimpiyaçıları Türkiyənin İstanbul şəhərində təşkil edilmiş karate üzrə şotokan dünya çempionatında 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar.
Sports.az xəbər verir ki, WSF versiyasında baş tutan yarışda ölkə 10 deflimpiyaçı ilə təmsil olunub.
Hikmət Ağayev (+18 yaş, 75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite) və Yusif Əzimzadə (14–17 yaş, 60 kq, kumite) qızıl mükafata sahib çıxıblar.
Aytən Qədirova (kata) və Nizaməddin Əzimzadə (14–17 yaş, 60 kq, kumite) yarışı gümüş medalla başa vurublar.
Əliəkbər Əlizadə (+18 yaş, 75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) bürünc medal qazanıblar.
Son xəbərlər





























