“Bizim də müəyyən planlarımız var” - Rəşad Sadıqov

“Bizim də müəyyən planlarımız var” - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Sports.az xəbər verir ki, mütəxəssis azarkeşləri sabahkı matçda maraqlı qarşılaşmanın gözlədiyini bildirib:

"Sabah" önəmli görüşə çıxacağıq. Düşünürəm ki, oyuna yaxşı hazırlaşa bildik. Sabah 40 günün tamamında 9-cu matçımızı keçirəcəyik. Hər biri də bir-birindən gərgin qarşılaşmalar olub. Qarşımızda hansı komandanın olduğunu bilirik, "Sabah" son ölkə çempionudur".

O, final görüşündə bəzi klubların "Sabah"ın qələbəsini gözlədiyini bildirib:

"Qalib gəlsək, "Neftçi" mövsümü dördüncü sırada bitirsə də avrokuboklara gedə bilməyəcək. Bundan başqa, "Sabah" qələbə qazansa, "Turan Tovuz" Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Finalda uduzmağımız digər klublara sərf edir. Yəqin ki, mən də onların yerində olsaydım, sabahkı matçda "Sabah"ın qələbəsini gözləyərdim. Lakin biz öz oyunumuza baxmalıyıq. Çox vacib oyuna çıxacağıq".

Sadıqov sabahkı matçda böyük dəyişiliklərin olmayacağını söyləyib:

"Oyunöncəsi mətbuat konfransında bəzi şeyləri açıqlamaq olmur. Amma sürpriz bir şey olmayacaq. İlk dəqiqələrdə qol vurub üstünlü ələ almağa çalışacağıq. Sabah bizim də müəyyən planlarımız var. İstəyirəm baxımlı oyuna şahidlik edək".

Son xəbərlər
İsveç - Tunis matçının ən yaxşı oyunçusu bəlli oldu
Diomande matçın ən yaxşı oyunçusu seçildi
İsveç millisindən darmadağın
“Bərabərlik qolu komandanın xarakterini göstərdi”
“Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir”
Niderland - Yaponiya matçının ən yaxşı futbolçusu bilindi
Niderland - Yaponiya matçında məhsuldar heç-heçə
“Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək”
Almaniya millisində yeni rekordçu
Şotlandların dünya çempionatında yeni rekordçusu
“Yeddi qol vurmağımızdan çox razıyam”
Almaniya - Kurasao oyununun ən yaxşı futbolçusu bəlli oldu
“Turan Tovuz” hazırlığa başladı
“Liveprul” “İnter”in müdafiəçisi ilə maraqlanır
Azərbaycan millisi İspaniyaya məğlub oldu
Almaniya millisindən darmadağın
“Mançester Siti”nin qapıçısı “Nyukasl”a üz tuta bilər
“Çelsi” “Liverpul”un hücumçusunu imzalamaq istəyir
Məhəmməd Muradlı beynəlxalq turnirdə birinci oldu
Yarımmüdafiəçisi “Mançester Siti”dən ayrıla bilər
Azərbaycan yığması Avropa Kubokunun final mərhələsinə vəsiqə qazandı
PSJ “Real”ın transfer hədəfini ələ keçirməyə hazırlaşır
“Şamaxı” növbəti transferini açıqladı
Azərbaycan millisi Avropa Kubokunun finalına yüksəldi
Avropa nəhəngləri “Everton”un müdafiəçisi ilə maraqlanırlar
Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
“İnter” “Real”ın braziliyalı ulduzuna diqqət yetirir
“Roma” “Milan”ın hücumçusu ilə güclənə bilər
“Tottenhem” “Liverpul”un hücumçusuna görə təklif ünvanlayacaq
DAHA ÇOX

Ən çox oxunanlar