“Yaxşı mövsüm keçirdik, böyük təcrübə topladıq” - Qurban Qurbanov

“Yaxşı mövsüm keçirdik, böyük təcrübə topladıq” - Qurban Qurbanov

Misli Premyer Liqasının son turunda "Qarabağ" "Sumqayıt"ı 4:3 hesabı ilə məğlub edib.

Sports.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Hər iki komandanın oyunçuları yaxşı oyun göstərdilər. Bütün komandalara təşəkkür etmək istəyirəm. Maraqlı çempionat oldu. Öz azarkeşlərimizə də minnətdarlığımızı bildirirəm. Bizim işimiz hələ davam edir. Transfer dönəmi və növbəti mövsüm üçün hazırlıqlarımız olacaq. 2-ci pillədə olmağımıza baxmayaraq yaxşı bir mövsüm keçirdik, böyük təcrübə topladıq.

- Komandada gedəcək və yeni gələcək futbolçular barədə...?

- Yaxın günlərdə daha doğru cavab vermək olacaq. İşlər gedir. Xəbərlərimiz olacaq. Rəsmi saytımızda bununla bağlı çəlumatlar olacaq.

- Zakaria Savonun transferi və Elvin Cəfərquliyevlə Ramil Şeydayevin komandadan gedəcəyi ilə bağlı məsələ ilə bağlı son məlumat necədir?

Elvinlə bağlı hamıya danışığa açığıq. Bizimlə müqaviləsi var. Başqa komanda ilə razılığa gəlinməsə, komandadakı durumu ilə bağlı sonra qərar verəcəyik. Ramil barədə də yaxın günlərdə qərar qəbul edəcəyik. Zakaria transferi barədə isə demək olar ki, müsbət irəliləyiş var. Həllolma mərhələsindədir. 

- Mövsümə nəzər yetirəndə, sizə qarşı haqsızlıq olduğunu düşünürsünüzmü?

- Haqsızlıq barədə danışmaq istəmirəm. Hakimlik barədə deyirsinizsə, onu deyə bilərəm ki, hakimlər üçün ağır bir mövsüm oldu. Onların da yaxşı bir istirahətə ehtiyacı var. Ümumi götürsək, "Qarabağ" üçün uğurlu bir mövsüm keçdi. Çempionlar Liqasında irəliləyişimiz və pley-off mərhələsində oynamağımız Azərbaycan futbolu üçün də bir uğur oldu. 

- "Beşiktaş"ın baş məşqçi siyahısında sizin də adınız olduğu bildirilir. Bu barədə düşüncələriniz necədir?

- Adımız belə bir klubla çəkilirsə, ancaq təşəkkür etmək olar. Mənim "Qarabağ"la müqaviləm var. 

- Bu mövsümü son illərin ən maraqlı çempionatı kimi qələmə verənlər var. Siz necə düşünürsünüz?

- Razılaşmaq olar bu fikirlə. Mövqe dəyişikləri oldu. Rəqabət güclü idi. 

- Avropa Liqasında konkret bir hədəf varmı?

- Demək olar ki, Avropa Liqası Çempionlar Liqasının kiçik qardaşıdır. Bu liqaya da ciddi hazırlaşacağıq. Bacardığımız maksimum  nəticəyə imza atmağa çalışacağıq. (Sportal)

Son xəbərlər
“Qarabağ” 3 xalı 4 qolla qazandı - VİDEO
"Sumqayıt"dan gözəl təəssüratlarla ayrılıram" - Saşa İliç
“Yaxşı mövsüm keçirdik, böyük təcrübə topladıq” - Qurban Qurbanov
Gülay və Elvin də Avropa çempionatının finalına yüksəldi
“Şəfa” mükafatlandırıldı
Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu
“Turan Tovuz” “Sabah”a belə uduzdu - VİDEO
Parakarateçilərdən AÇ-də iki medal
"Sabah"la "Qarabağ"dan son oyunda qələbə
Dana Uayt azarkeşləri “UFC Fight Night Baku” turnirini izləməyə dəvət etdi
1-ci Liqa uğrunda pley-off matçının başlama saatı də bəlli oldu
“Sabah” bir oyunçudan ibarət deyil” - Dambrauskas
“Maksimum hədəflər üçün güclü heyət lazımdır” - Berdıyev
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək
“Qəbələ”nin pley-offdakı rəqibi müəyyənləşdi
Azərbaycanda ilk dəfə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək
Liqa yarışının 2-ci turu başa çatıb
AFFA-nın baş katibi Ombudsmanla görüşüb
Arbeloa "Real"dan ayrılacağını açıqladı
Mükafatlandırma mərasimi keçiriləcək
1-ci Liqa uğrunda pley-off oyununun nominal meydan sahibi məlum oldu
“Eyeball” platformasının tətbiqi davam edir
Pedro “Latsio”dan ayrılır
“Barselona” hücumçusu ilə bağlı qərar qəbul etdi
Byelsa Uruqvay millisindən ayrılacaq
“Mançester Yunayted” Karriki saxlamaq qərarı verdi
“Milan” “Real”ın kapitanını dəvət edə bilər
DÇ-2026: İngiltərə millisinin yekun heyəti bəlli oldu
“Mançester Siti” Qvardiolanın ayrılığını rəsmən açıqladı
“Nyukasl” “Benfika”nın müdafiəçisi ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar