Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

Sports.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan komandanın qarşılanma mərasimi Heydər Əliyev Beynəlxalq Hava Limanında baş tutub.

Mərasimdə Azərbaycan Basketbol Federasiyasının rəsmiləri, media mənsubları, azarkeşlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bakıya yalnız Dina Ulyanova qayıdıb. Yığmanın digər üzvləri isə Honkonqdan öz ölkələrinə gediblər.

Olimpiya Təsnifat turnirinin finalında Polşa üzərində 18:17 hesablı qələbə qazanan 3x3 basketbol millimiz olimpiadaya lisenziya əldə edən ilk komanda kimi Azərbaycan tarixinə düşüb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar