“Neftçi” uduzdu, “Abşeron” qalib gəldi

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında pley-off mərhələsində növbəti oyunlar keçirilib.

Sports.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydançaya kişilərdən ibarət “Murov Az Terminal” və “Neftçi” klubları çıxıblar.

Maraqlı mübarizədə keçən görüşdə “Murov Az Terminal” 3:0 hesabı ilə qalib gəlib.

Növbəti qarşılaşma qadın voleybolçulardan ibarət “Murov Az Terminal” və “Abşeron” komandaları arasında olub. Gərginliyi ilə yadda qalan bu matçda “Abşeron”un 3:1 hesablı qələbəsi qeydə alınıb.

Bu komandalar arasında ikinci oyun aprelin 18-də keçiriləcək. Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.

Qeyd edək ki, yarimfinalın növbəti oyunları sabah keçiriləcək.

Kişilər
“Murov Az Terminal” - “Neftçi” 3:0 (27:25, 25:19, 25:18)

Qadınlar
“Abşeron” - “Murov Az Terminal” 3:1 (24:26, 25:15, 25:19, 25:22)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar