Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

Bolqarıstan çempionatında 29-cu turun oyunları keçirilib.

Sports.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə lider “Ludoqorets”lə qarşılaşıb və 0:2 hesabıyla uduzub.

Cəlal da bu matçın iştirakçısı olub və 90 dəqiqə mübarizə aparıb.

“Arda” hazırda 39 xalla 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar