Cari mövsümdə “Qızıl top”a ən iddialı namizədlər açıqlandı

“Goal.com” portalı 2023/2024 mövsümünün sonunda “Qızıl top” uğrunda mübarizədə favoritlərin yenilənmiş siyahısını dərc edib.

Sports.az az xəbər verir ki, 20 futbolçunun yer aldığı siyahıya “Real”ın və İngiltərə yığmasının mərkəz yarımmüdafiəçisi Cud Bellingem başçılıq edir.

İkinci sırada daha bir ingilis futbolçu yer alıb - “Mançester Siti”dən Filip Foden. İlk üçlüyü PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe tamamlayır.

Ötən illərin qabaqcıl futbol simaları, hücumçular - portuqal ulduz Kristiano Ronaldo 19-cu, argentinalı ulduz Lionel Messi isə 20-ci yerdə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar