“Barselona”nın Rafinyadan ayrılmağa razı olduğu məbləğ məlum oldu

“Barselona” braziliyalı vingeri Rafinya ilə nə az, nə çox, 80 milyon avro müqabilində ayrılmağa hazırdır.

Sports.az xəbər verir ki, Kataloniya klubu 27 yaşlı braziliyalı futbolçudan çox razıdır və onu satmaq təklifini qəbul etmək “blauqrana” üçün çətin olacaq.

Rafinyanın qiyməti ilə bağlı qərar İngiltərə Premyer Liqası klublarından 60 milyon avro məbləğində bir neçə təklif aldıqdan sonra verilib.

Braziliyalı futbolçu ilə maraqlanan klublar arasında “Çelsi” və “Mançester Yunayted” də var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar