Ronaldo iki oyunluq cəza ala bilər

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Super Kubokunun yarımfinalında “Əl-Hilal”la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılacaq.

Sports.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının (SAFF) nizam-intizam komitəsi Ronaldonun 2 oyunluq diskvalifikasiyası ilə bağlı qərar verəcək.

Eyni zamanda komitə portuqal futbolçunu oyundakı qırmızı vərəqə hadisəsi ilə bağlı sorğu-sual edib, Ronaldo isə nahaq yerə qırmızı vərəqə aldığı fikrində olduğunu bildirib.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar