Mbappe PSJ-dən ayrılmaq üçün milyonlarından imtina edə bilər

PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe Fransa nəhənginin düşərgəsini tərk etmək üçün təxminən 130 milyon avro məbləğdən imtina edə bilər.

Sports.az xəbər verir ki, Mbappe sadiqlik üstəliyindən və bu mövsüm alacağı maaşın bir hissəsindən imtina etməyə hazırdır.

Ümumilikdə Mbappe 127,8 milyon avro məbləğdən imtina edə bilər.

Xatırladaq ki, daha əvvəl, Mbappenin 2024-cü ilin fevral ayının ilk həftəsində “Real”la müqavilə imzaladığı bildirilirdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar