Luis Enrike jurnalistlərə eyham vurdu

PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-in 29-cu turunun “Loryan”la oyunu öncəsi mətbuat konfransının sonunda jurnalistin, Paris klubunun hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı sualını istehza ilə cavablayıb.

Sports.az ispan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Siz həqiqətən rekord vurmuşdunuz, amma yenə də bu sualı verdiniz. Mən sizə cavab verə bilmərəm. “Kiki” (Mbappenin ləqəbi) ictimaiyyət qarşısında çıxış edəndə, mən də bunu edəcəyəm”, deyə Luis Enrike bildirib.

Açıqlayırıq ki, ispan mütəxəssis jurnalistin uzun müddət Mbappe haqqında sual ünvanlamadığını əsas götürərək, belə mövqe tutub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar