Vlahoviç uşaqlıqda heyran olduğu hücumçulardan danışdı

“Yuventus”un serb mərkəz hücumçusu Duşan Vlahoviç uşaqlıqda heyran olduğu futbolçuların adını çəkib.

Sports.az serb futbolçunun bu barədə fikirlərini təqim edir:

“Əlbəttə, bu, o, “Mançester Yunayted”də cinah hücumçusu olarkən izlədiyim Kristiano Ronaldodur. Hərəkətlərini, qatil instinktini sevirdim. Düşünürəm ki, o, tarixin ən yaxşılarından biridir. Zlatan İbrahimoviç, Fernando Torres “Liverpul”da oynadığı vaxtlarda azacıq uzun saçları olanda da xoşuma gəlib. Kərim Benzema isə sadəcə pərəstiş etdiyim oyunçudur”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar