Arda Gülər “Real”ı icarə əsasında tərk etmək istəmir

“Real”ın gənc türk yarımmüdafiəçisi Arda Gülər İspaniya nəhənginin düşərgəsindən icarə əsasında ayrılmaq istəmir.

Sports.az xəbər verir ki, Gülər “qaymaqlılar”ın heyətində qalmaq istəyir.

Gənc istedad növbəti mövsümdə “Real”ın əsas heyətində yer almaq üçün mübarizə aparmaq niyyətindədir.

Daha əvvəl isə mətbuatda, “Real Sosyedad”ın Güləri icarə əsasında transfer etmək məqsədi ilə “Real”la əlaqə saxlayacağı barədə məlumatlar yayılmışdı.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar