PSJ-dən təxirə salınmış oyunda darmadağın

Fransa Liqa 1-də 29-cu turdan təxirə salınmış oyunlar keçirilib.

Sports.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Olimpik” (Marsel) – “Nitsa” matçında qalib müəyyənləşməyib. “Monako” evdə “Lill” üzərində qələbəyə sevinib. “Loryan”ın qonağı olan PSJ də darmadağınla qalib gəlib.

Hazırda 69 xala malik PSJ vahid liderdir. “Monako” 58 xalla 2-ci, “Brest” 53 xalla 3-cü pillədə qərarlaşıb. “Lill” 52, “Nitsa” 48, “Lans” 46 xal toplayıb.

Fransa Liqa 1
29-cu turun oyunları

24 aprel

Loryan – PSJ 1:4
Qollar: M.Bamba, 73 – Dembele, 19; 60. Mbappe, 22; 90.

Olimpik (Marsel) – Nitsa 2:2
Qollar: Klauss, 31. Obameyanq, 56-pen – Moffi, 13. Bard, 72.

Monako – Lill 1:0
Qol: Y.Fofana, 61.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar