Dünya futbolu
“Seltik”dən “qızıl dubl”

23.05.2026 | 23:10
Şotlandiya Kubokunda 2025/26 mövsümünün qalibi müəyyənləşib.
Sports.az xəbər verir ki, "Hempden Park" stadionunda keçirilən final qarşılaşmasında "Seltik" və ikinci divizion təmsilçisi "Danfermlin" komandaları üz-üzə gəliblər.
Matç "Seltik"in 3:1 hesablı qələbəsi və kuboka sahib çıxması ilə yekunlaşıb.
Bu nəticə ilə "Seltik" tarixində 43-cü dəfə Şotlandiya Kubokunun qalibi olub. Qeyd edək ki, Martin O'Nilin çalışdırdığı komanda ötən həftəsonu "Hart of Midlotian"ı məğlub edərək 56-cı dəfə ölkə çempionluğunu da rəsmiləşdirib.
Son xəbərlər





























