Üç güləşçimiz Avropa çempionatının finalında

Üç güləşçimiz Avropa çempionatının finalında

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatı sona yaxınlaşır.

Sports.az xəbər verir ki, yarışın dördüncü günündə sərbəst güləş üzrə millimizin son 7 üzvü mübarizəyə qoşulub və onlardan 3-ü finala yüksəlib.

Yusif Abdullayev (38 kq) ukraynalı İvan Vasilkov (10:0), ermənistanlı Norayr Gevorqyan (11:0) və belçikalı Mohammad Bisultanova (13:1) tam üstünlüklə qalib gəlib. Yusif finalda gürcüstanlı Rezi Yobidzeylə güləşəcək.

Elman İsmayılov (41 kq) gürcüstanlı Giorgi Kavelidze (tuş), belaruslu Yevgeni Latantsov (tuş) və ermənistanlı Tiqran Ağacanyana (11:0) vaxtından əvvəl qalib gələrək adını finala yazdırıb. Elman həlledici görüşdə bolqarıstanlı Simyon Velikovla üz-üzə gələcək.

Məhəmməd Kərimov (44 kq) polşalı Qabriel Mateyko (10:0) və ermənistanlı Aleks Qazaryanı (3:2) mübarizədən kənarlaşdırıb. Yarımfinalda ukraynalı Arsen Pijuka 3:5 hesabıyla məğlub olan Məhəmməd sabah bürünc medal uğrunda güləşəcək.

Adəm Quliyev (52 kq) bolqarıstanlı Petro Karlanqaç (12:0), ermənistanlı Narek Dallakyan (6:2) və israilli Ron Brilmana (10:0) gücünü göstərərək finala vəsiqə qazanıb. Adəm həlledici görüşdə Badruddin Maqomedovla mübarizə aparacaq.

Yusif Hüseynov (62 kq) türkiyəli Yusuf Ayaz (13:0) və ermənistanlı Mer Papikyanı (8:6) üstələsə də, yarımfinalda gürcüstanlı İoane Qavaşelişviliyə 3:5 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Əli Baloğlanov (48 kq) təsnifat mərhələsində gürcüstanlı Zurab Dotiaşviliyə (0:11), Yılmaz Səmədov (57 kq) isə 1/8 finalda bolqarıstanlı Emre Erkanova (2:4) uduzub.

Son xəbərlər
Üç güləşçimiz Avropa çempionatının finalında
Zamiqin komandasından növbəti qələbə
Elvin Avropa çempionu, Gülay ikinci oldu
“Qarabağ”ın U-19 komandası çempion oldu
“Seltik”dən “qızıl dubl”
“Zirə” mövsümü məğlubiyyətlə tamamladı - VİDEO
“Bu oyuna hazırlaşmaq çətin idi” – Rəşad Sadıqov
“Daha səliqəli, daha ağıllı futbol oynamaq lazımdır” - Demçenko
Mədinə Sadıqova Avropa çempionu oldu
Acun Ilıcalının komandası Premyer Liqaya vəsiqə qazandı
Millinin Türkiyə toplanışı üçün heyəti açıqlandı
“Araz-Naxçıvan” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qalib gəldi
Liqa yarışının 3-cü turuna start verildi
Bakıda beynəlxalq yarışa start verilib
Orxan Məmmədov AÇ-dən öncə milli üzvləri ilə görüşdü
“Məktəbli Kuboku”nun qalibləri müəyyənləşdi
“Kəpəz” “Neftçi”yə belə uduzdu - VİDEO
“Neftçi”nin əvəzedicilərindən 9 cavabsız qol
“Verilən sözlərin arxasında durmağın tərəfdarıyam” - Azər Bağırov
“Yaxşı nəticələr əldə etmək üçün mütləq güclənməliyik”
Muharemoviç İngiltərə Premyer Liqasına üz tuta bilər
Ayxan Abbasov “Şamaxı”dan getdi - RƏSMİ
“Qarabağ”da üç ayrılıq rəsmən açıqlandı
MY yeni yarımmüdafiəçisini satın almağa yaxındır
Premyer Liqada mövsümün ən yaxşı futbolçusu məlum oldu
Peres prezidentlik üçün namizədliyini rəsmən irəli sürdü
Oblak İtaliya nəhənginə qoşula bilər
“Barselona” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
Azərbaycan millisinin növbəti rəqibi bəlli oldu
Cüdoçularımız İspaniyada beynəlxalq təlim-məşq toplanışında
DAHA ÇOX

Ən çox oxunanlar