Dünya futbolu
Türkiyə millisindən darmadağın

02.06.2026 | 00:30
DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası yoxlama oyunu keçirib.
Sports.az xəbər verir ki, "ay-ulduzlular"ın rəqibi Şimali Makedoniya komandası olub.
İstanbulda "Şükrü Saracoğlu" stadionunda keçirilən qarşılaşma Türkiyə millisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Qollları Orkun Kökçü (1), Can Uzun (15), Deniz Gül (52) və Barış Alper Yılmaz (69) vurublar.
Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda Venesuela millisi ilə üz-üzə gələcək (7 iyun).
Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.
Son xəbərlər





























