“Arsenal” və “Tottenhem” Aleksander İsak müqabilində “Nyukasl” çox sərfəli təklif edirlər

“Arsenal” və “Tottenhem” bu yay “Nyukasl”ın 24 yaşlı isveçli hücumçusu Aleksander İsakın transferi müqabilində “sağsağanlar”a 100 milyon funt-sterlinq (117 milyon avro) təklif etməyə hazırlaşırlar.

Sports.az xəbər verir ki, “Nyukasl”ın baş məşqçisi Eddi Hau isveçli futbolçunun komandadan getməsini istəmir.

Bununla belə, “sağsağanlar” mövcud maliyyə ədaləti qaydalarına riayət etməkdə çətinlik çəkdiyi üçün İsakın satılması zəruri ola bilər. “Nyukasl” növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanmasa, bu məsələ xüsusilə qabaracaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar