Xavi “Ayaks”ın baş məşqçisi vəzifəsinə namizədlər siyahısındadır

“Barselona” çalışdırıcısı Xavi Niderland nəhəngi “Ayaks”ın baş məşqçisi vəzifəsinə namizədlər siyahısındadır.

Sports.az xəbər verir ki, Amsterdam klubu Xavinin keçmiş oyunçu kimi təcrübəsini və onun “Barselona”da bir çox gənc oyunçu ilə işləməsini qiymətləndirir.

İlk növbədə hollandlar Xavinin namizədliyini topa sahib olmaq istəyinə görə dəyərləndirirlər.

Xatırladaq ki, bu il yanvarın sonunda Xavi mövsümün bitməsilə “Barselona”nın baş məşqçisi vəzifəsini tərk edəcəyini açıqlamışdı. Öz növbəsində klub rəhbərliyi ispan mütəxəssisi “blauqrana” düşərgəsində saxlamaq istədiyini dəfələrlə bəyan edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar