“Bayern” qapıçı bazarına göz gəzdirir

Almaniya nəhəngi “Bayern” gələcəkdə komandanın əsas qapıçısı mövqeyi ilə bağlı qayğılıdır.

Sports.az xatırladır ki, münhenlilərin əsas qapıçısı, alman Manuel Noyerin klubla müqavilsi 2025-ci ildə başa çatacaq.

“Bayern” “Ştutqart”da icarə əsasında çıxış edən alman qapıçı Aleksander Nebeli əsas namizəd olaraq görsə də, rəhbərlik həmçinin xarici bazara da göz gəzdirir.

Belə ki, “Bayern” “Portu”dan portuqal qapıçı Dioqu Koşta və “Milan”dan fransalı qapıçı Mayk Menyanı diqqətdə saxlayıb. Amma “Bayern”in əcnəbi qapıçılar müqabilində klublarının tələb edəcəyi yüksək transfer məbləği çəkindirir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar