“Barselona” Onana ilə maraqlanır

“Barselona” rəhbərliyi komandanın yarımmüdafiə xəttini gücləndirmək axtarışındadır və ispan dayaq yarımmüdafiəçisi Oriol Romeunun böyük ehtimalla klubdan ayrılacağı səbəbindən qarşıdakı yay transfer pəncərəsində dayaq bölgəsinə bir oyunçu almağa hazırlaşır.

Sports.az xəbər verir ki, “Barselona” bu məqsədlə əsas diqqətini “Everton”un belçikalı dayaq yarımmüdafiəçisi Amadu Onananın üzərinə yönəldib.

Amma bununla belə, Onananın yüksək transfer dəyəri çətin maliyyə vəziyyətində olan “Barselona”ya müvafiq transferi həyata keçirməyə əngəl yarada bilər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar