“Çempionlar Liqası müqayisəyə gəlməz” -  Aleksander-Arnold

“Liverpul”un sağ cinah müdafiəçisi və vitse-kapitan Trent Aleksander-Arnold qazandığı qənimətlərdən ən çox hansı kuboka dəyər verdiyini açıqlayıb.

Sports.az ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Çempionluğu qazanmaq bizim üçün daha çətin idi, amma deyərdim ki, Çempionlar Liqasını qazandığımız andan duyğular başqa səviyyədə idi. Divok qol vurduqda (Çempionlar Liqasının finalında “Tottenhem”ə ikinci qol - redaktorun qeydi) mən futbolda yaşadığım ən yaxşı hissi keçirdim”, deyə Aleksander-Arnold məmnunluqla xatırlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar