Azərbaycan cüdoçusundan qran-pridə gümüş medal

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə qran-pri davam edir.

Sports.az xəbər verir ki, ikinci yarış günündə kişilər arasında -73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rəşid Məmmədəliyev gümüş medal əldə edib.

O, finalda Moldova təmsilçisi Adil Osmanova uduzub. Bu gün mübarizə aparan digər cüdoçumuz - Aytac Qardaşxanlı (63 kq) isə mükafat əldə edə bilməyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar