"Sabah" yeni legioner transferinə hazırlaşır


"Sabah" yeni transfer etməyə hazırlaşır. Sports.az Rusiya mediasına istinadən xəbər verir ki, Murad Musayevin komandası klubu tərk etmiş Coy Leys Mikelsə əvəzləyici tapıb. Bu, Moskva "Spartak"ında çıxışı ilə tanınan Reziuan Mirzovdu.30 yaşlı sol vingerin son klubu "Ximki" olub. Kabardinəsilli futbolçu hazırda sərbəst agentdi və "Sabah" onun transferi üçün əlavə ödəniş etməyəcək.
Reziuan Mirzov bir neçə dəfə Rusiya yığmasına dəvət edilsə də, ölkəsinin əsas komandasında debüt etmək şansı qazanmayıb.
O, vaxtı ilə Rusiya kubokunun qalibi olub və bu ölkənin 33 ən yaxşı futbolçusu siyahısına düşüb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar