Frimponq “Bayer”i tərk edəcəyi haqda şayiələri cavabladı

“Bayer”in hollandiyalı müdafiəçisi Ceremi Frimponq hazırda fikrini Leverkuzen komandası üçün mövsümü yaxşı başa vurmağa cəmləyib.

Sports.az xəbər verir ki, buna rəğmən Frimponq gələn yay harada ola biləcəyini bilmir:

“Mən sadəcə kuboklar qazanmaq istəyirəm. Mən həqiqətən bu mövsümə və Leverkuzenə köklənmişəm. Bəs gələcəkdə nə baş verəcək? Futbolda nə olacağını heç vaxt bilmirsən. “Bayern” növbəti klubum ola bilərmi? “Bayern” əla komandadır, amma mən “Bayer”in oyunçusuyam və orada olmaqdan çox xoşbəxtəm”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar