Pedrinin yaşıl meydanlara qayıdış tarixi hələ məlum deyil

“Barselona”nın yarımmüdafiəçisi Pedri zədəsini sağaltmasından danışıb, həmçinin meydana qayıtmasının konkret tarixinin hələlik məlum olmadığını bildirib.

Sports.az xatırladır ki, Pedri La Liqanın 27-ci turunun Bilbao “Atletik”i ilə oyununda (0:0) zədələnmişdi.

“Hələlik qayıtmağım üçün konkret tarix yoxdur, amma hazırda hər şey çox yaxşı gedir. Ümidvvaram ki, tezliklə qayıdacağam. Psixoloji cəhətdən tamamilə yaxşıyam. Sağalma əla gedir və mən düşünə biləcəyim tək məqam geri qayıtmaq və futboldan həzz almaqdır”, deyə ispan futbolçu bildirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar