Lunin “Mançester Siti” ilə ÇL oyunu haqda danışdı

“Real”ın ukraynalı qapıçısı Andrey Lunin Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti” ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Sports.az ukraynalı qapıçının bu barədə fikirlərini təqdim edir:

“Hər oyuna olduğu kimi, bu oyuna da ciddi və diqqətlə hazırlaşacağıq. İndi özümüzə gələcəyik, yaxşı hazırlaşmaq və məşq etmək üçün bir neçə günümüz olacaq.

Rəqibin oyununun videosunu izləyəcəyik və ən yaxşı nəticəni əldə etmək üçün hər şeyi edəcəyik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar