Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında kişilərin şəxsi yarışında 1/4 finala yüksəlib.

Sports.az xəbər verir ki, ilk görüşdə Bolqarıstan təmsilçisi Dimitar Yanakievi 2:0 (21-10, 21-18) hesabı ilə məğlub edən Edi 1/8 finala yüksəlmək uğrunda Sloveniya badmintonçusu Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21-13, 21-13).

1/4 finala yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşan badmintonçumuz güclü rəqibi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 2:1 (21-19, 12-21, 21-19) hesablı qələbə qazanıb.

Edi yarımfinal uğrunda görüşdə fransalı Toma Junior Popovla qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar