Azərbaycan futbolu
Azərbaycan çempionatında yeni mövsümə start verildi
28.11.2022 | 23:37
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib.
Sports.az xəbər verir ki, 17 komandanın mübarizə apardığı liqanın 1-ci turunda 8 oyun baş tutub.
İlk turdan sonra daha yaxşı top fərqinə sahib olan son çempion “Birbaşa Bakı” komandası ilk pillədə qərarlaşıb. 2-ci yerdə “Veteran”, 3-cü pillədə isə “Bakı” kollektivi qərarlaşıb.
Ölkə çempionatında növbəti turun qarşılaşmaları dekabrın 3-də keçiriləcək.