“1 xal üçün çox sevinirik” – Rəşad Sadıqov

“1 xal üçün çox sevinirik” – Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 27-ci turunda "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə barədə bunları söyləyib:

“Oyun bizim üçün bir az həyəcanlı başladı. Rəqin ilk dəqiqələrdən böyük təzyiq göstərirdi. Müdafiədən çıxarkən səhvə yol verdik və qol buraxdıq. Çox məyusedici idi. Növbəti 10 dəqiqədə rəqib yenə bizə böyük təzyiq göstərdi. Amma sonrakı dəqiqələrdə fəal çıxış edib iki qol vurduq. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Futbolçularımız əzmkarlıq göstərdilər, qol vurmağa çalışırdılar. Son 10 dəqiqədə isə rəqib böyük qüvvə ilə irəli getdi. Müdafiəmiz etibarlı oynadı və 1 xal qazandıq. "Sabah"la oyunda qazanılan hər xal dəyərlidir. 1 xal üçün çox sevinirik. Düşünürəm ki, bu xal bizim üçün çox faydalı olacaq.

"Sabah" bu il həqiqətən də möhtəşəm futbol nümayiş etdirir. Səfərdə oynadığımızı nəzərə alsaq, qazanılan xal bizim üçün çox önəmlidir. Çempionatın favoritləri ilə oyunlarda qazanılan hər xal önəmli olur. "Qarabağ"dan 2, "Sabah"dan 1 xal almışıq. Bu xallar çox önəmli olur. Ötən tur son dəqiqələrdə qol buraxıb heç-heçə etdik. "Şamaxı" ilə matçda heç-heçə gözlənilməz deyil. Amma matçın gedişatı elə idi ki, rəqib azlıqda idi, çoxsaylı qol epizodlarımız var idi. Son dəqiqələrdə nəsə hadisə baş verdi və qol buraxdıq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdular. Əsas narahatlığım o idi ki, həmin məyusluq bu oyuna təsir etməsin. Şükürlər olsun ki, futbolçular bu gün onu hiss etdirmədilər. Növbəti turda "Neftçi" ilə oynayırıq, 4 gün sonra "Turan Tovuz"la kubokun cavab görüşü var. Əvvəl də demişdim ki, apreldə bizi çox ciddi oyunlar gözləyir. Həmin matçlara çox yaxşı hazırlaşmalıyıq”.

Son xəbərlər
Final matçının məkanı açıqlandı
“Neftçi” – “Qarabağ” oyununun təyinatları açıqlandı
Qazaxda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
Sumqayıtın komandası yarışdan kənarlaşdırıldı
“Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm”
Prezident Kuboku: İlk gününün qalibləri mükafatlandırıldı
Keyn Cerrardın rekordunu qırdı
AFFA rəsmisi “Barselona” – "Bayern” matçında UEFA nümayəndəsi olacaq
Hacızadə “Prezident Kuboku”nda gümüş medal qazandı
“Qaradağ Lökbatan”ın futbolçusuna 3 oyunluq cəza
“Neftçi” və “Sumqayıt”ı azarkeşləri ziyana saldı
Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
Əvəzedicilərin yarışında 24-cü turun təyinatları açıqlandı
Osimhen məhkəməyə verildi
“Oyuna tribunadan baxmaq xoşuma gəlmədi” – Kompani
“İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir” - Nazir
“Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
ÇL-in yarımfinalında ilk dəfə
“Bayern” 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə 5 qol buraxıb
Azərbaycanı “Böyük Dəbilqə"də təmsil edəcək cüdoçular müəyyənləşib
Final seriyasına start verilir
“Atletiko” “Arsenal”la qarşılaşacaq
Prezident Kuboku: Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək
“Nəticələr öz sözünü deyir”
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar