Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya

Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya

AFFA-da hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində bu il də AFFA-nın Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə şöbəsi tərəfindən Premyer Liqa hakimləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Sports.az xəbər verir ki, sessiyadan əvvəl iştirak edən hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə “quiz” tipli testlər keçirilib. Nəticələr göstərir ki, hakimlər bu sahədə vəzifə və öhdəliklərini yaxşı anlayır və məsuliyyətlərini dərk edirlər.

Sessiya zamanı Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib. Təlimçilər hakimlərin oyun prosesində daşıdığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.

Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Son xəbərlər
Qazaxda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
Sumqayıtın komandası yarışdan kənarlaşdırıldı
“Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm”
Prezident Kuboku: İlk gününün qalibləri mükafatlandırıldı
Keyn Cerrardın rekordunu qırdı
AFFA rəsmisi “Barselona” – "Bayern” matçında UEFA nümayəndəsi olacaq
Hacızadə “Prezident Kuboku”nda gümüş medal qazandı
“Qaradağ Lökbatan”ın futbolçusuna 3 oyunluq cəza
“Neftçi” və “Sumqayıt”ı azarkeşləri ziyana saldı
Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
Əvəzedicilərin yarışında 24-cü turun təyinatları açıqlandı
Osimhen məhkəməyə verildi
“Oyuna tribunadan baxmaq xoşuma gəlmədi” – Kompani
“İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir” - Nazir
“Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
ÇL-in yarımfinalında ilk dəfə
“Bayern” 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə 5 qol buraxıb
Azərbaycanı “Böyük Dəbilqə"də təmsil edəcək cüdoçular müəyyənləşib
Final seriyasına start verilir
“Atletiko” “Arsenal”la qarşılaşacaq
Prezident Kuboku: Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək
“Nəticələr öz sözünü deyir”
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
DAHA ÇOX

Ən çox oxunanlar