AÇ: Azərbaycan şahmatçıları liderlər sırasındadırlar

Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qız şahmatçılar arasında Avropa çempionatında 7-ci turun oyunları keçirilib.

Sports.az xəbər verir ki, 12 yaşadək idmançıların yarışında təmsilçimiz Əhməd Xaqan lider Marin Pauya (İspaniya) qalib gələrək birinci pilləyə yüksəlib.

14 yaşadək iştirakçıların mübarizəsində Rüstəm Rüstəmov digər ispaniyalı Daniel Tabuenkanı məğlub edib. O, bu qələbədən sonra 6 xalla liderlər sırasındadır. 8 yaşadək qızların yarışında Mehriban Əhmədli 7-ci turda Kamil Bilot-Lauleni (Fransa) məğlub edib.

U-18 yaş qrupunda ağ fiqurlarla oynayan Xəzər Babazadə 7-ci turda Elham Abdrlaufu (Norveç) üstələyib. Hesabında 6 xal olan təmsilçimiz bu kateqoriyada lider mövqedədir.

Ayan Allahverdiyeva Rumıniya şahmatçısı Aleksia-Teodora Puini üstələyib.

Beləliklə, 7 turdan sonra müxtəlif yaş kateqoriyalarında Əhməd Xaqan, Xəzər Babazadə, Mehriban Əhmədli, Ayan Allahverdiyeva birinci, Rüstəm Rüstəmov ikinci, Məhəmməd Kazımzadə, Əsnad Baxşızadə üçüncü pillədə qərarlaşıblar.

Turnir sentyabrın 14-də başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar