Azərbaycan şahmatçıları “Qatar Open”də mübarizə aparacaqlar

Azərbaycanın 5 şahmatçısı bu gün Qətərin paytaxtı Dohada start götürəcək beynəlxalq yarışda iştirak edəcək.

Sports.az xəbər verir ki, "Qatar Open"də Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva mübarizə aparacaq.

Qeyd edək ki, 155 idmançının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək.

9 turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) kimi tanınmış qrossmeysterlər də gücünü sınayacaq.

Yarışın mükafat fondu 110 min ABŞ dolları təşkil edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar